2018-ci ildə SOCAR-ın gəlirləri 111,2 milyard manata yüksəlib

14:54 - 4.06.2019


4 iyun, Fineko/abc.az. SOCAR ümumi gəlirlərini əvvəlki illə müqayisədə artıraraq 111,2 milyard manata çatdırmışdır.

Şirkətdən verilən məlumata görə, satışların maya dəyəri 105,5 milyard  manat, xalis əməliyyat xərcləri isə 2,1 milyard manat təşkil etmişdir. Ötən ildə şirkətin əməliyyat gəliri artaraq, 3,6 milyard  manata çatmışdır.

SOCAR-ın fəaliyyət göstərdiyi bəzi xarici ölkələrdə valyuta kursunun dəyişkənliyi xərclərin artımına səbəb olsa da, şirkət 2018-ci ili mənfəətlə başa vurmağa nail olmuşdur.

Beləliklə, şirkətin xalis mənfəəti 1,2 milyard  manat təşkil etmişdir. Hesabat ilində xam neftin satışından 58,5 milyard manat, neft məhsullarının satışından isə 40,1 milyard manat əldə edilmişdir.

 

Bütün xəbərlər