330x110
 

İyunun 21-də Maliyyə Nazirliyi 20 milyon manat məbləğində DOİ yerləşdirəcək

04.06.2019,15:13


4 iyun, Fineko/abc.az. Azərbaycan Maliyyə Nazirliyi Bakı Fond Birjası (BFB) vasitəsilə Dövlət Ortamüddətli İstiqrazların (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirəcək.

BFB-in məlumatında deyilir ki,  iyunun 21-də AZ0105010752 nömrəli və həcmi 20 milyin manat təşkil edən DOİ satışı üzrə hərrac keçiriləcək.

“İstiqrazın nominal dəyəri 100 manat, tədavül müddəti 728 gün təşkil edəcək. Faiz gəlirliyi – 8%-dir. Yerləşdirmənin anderrayteri qismində  “PASHA Capital” şirkəti çıxış edəcək”, -  BFB-in məlumatında belə deyilir.