2018-ci ildə ARDNŞ neft və qaz satışından gəlirləri artırıb

16:19 - 4.06.2019


4 iyun, Fineko/abc.az. 2018-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) xam neftin satışından əldə etdiyi gəlir 2017-ci ilə nisbətdə 3,3% artaraq 58,462 milyon manat təşkil edib.

“Bundan əlavə, 2018-ci ildə şirkətin neft məhsullarının satışından əldə etdiyi gəlirlər 40,093 milyon manat (61,6% artım), neft-kimya məhsulları satışından 3,894 milyon manat (0,3% artım) təşkil edib”, - ARDNŞ-in məlumatında belə deyilir.

2018-ci ildə ARDNŞ-nin qaz satışından əldə etdiyi gəlir 19,5% artaraq 3,191 milyon manat, digər gəlir isə 5,309 milyon manat (18,1% artım) təşkil edib.

Ötən il şirkətin ümumi gəliri 111,198 milyon manat təşkil edib.

 

Bütün xəbərlər