AMB 100 milyon manat həcmində qısamüddətli notlar yerləşdirib

17:22 - 4.06.2019


4 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.

BFB-in məlumatında deyilir ki, 4 iyun  tarixində AMB 50100676S dövlət nömrəli, 100 milyon manat həcmində, 29 gün müddətinə qısamüddətli notlar təklif etmişdir.

15 investor tərəfindən 571 464,8 min manat məbləğində 19 sifariş daxil olmuşdur. İnvestorlar qısamüddətli  notlar üçün  99,4587 AZN (6.76%) təklif etmişlər.

Mərkəzi Bankın qərarına əsasən,  kəsmə qiyməti 99,4587 manat (gəlirlilik 6,76%), orta ölçülmüş qiymət də həmçinin 99,4587 manat səviyyəsində müəyyən edilmişdir (6,67%). Nəticədə 100 milyon manat həcmində qısamüddətli notlar yerləşdirilmişdir.

Notların ödəmə tarixi: 3 iyul 2019-cu il.

 

Bütün xəbərlər