“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi açıq tender elan edir

09:46 - 7.06.2019


7 iyun, Fineko/abc.az.  “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-Kommunal və Təmir Xidməti aşağıdakı işlərin görülməsinin satın alınması üçün açıq tender elan edir.Tender 1 lot üzrə keçirilir.

- Lot-1. İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu və onun ərazisində aparılan abadlıq, bərpa-restavrasiya və konservasiya işləri barədə sənədli filmin çəkilməsi (Azərbaycan və ingilis dillərində).

Elanda qeyd olunur ki, göstərilən iş, müqavilə imzalandığı gündən 2019-cu il dekabrın 31-dək görülüb qurtarmalıdır.

İddiaçılar tenderdə iştirak üçün  sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 27 iyun 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 8 iyul 2019-cu il saat 17.00-a qədər “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-Kommunal və Təmir Xidmətinin Bakı şəhəri, İçərişəhər, 9-cu Maqomayev döngəsi 6 nömrəli ünvana təqdim etməlidirlər.

Bütün xəbərlər