330x110
 

Neftin qiymətləri artır

07.06.2019,09:52


7 iyun, Fineko/abc.az. Azərbaycanın dünya bazarında satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,24 dollar və yaxud 0,38% artıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 63,20 dollar təşkil edib.

Nyu-York Əmtəə Birjasında (NYMEX) iyunun 6-da keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin iyul fyuçersi 0,91 dollar (1,76%) artaraq bir barelə $52,59 təşkil etmişdir. 

 “WTI” markalı neftin iyul fyuçersi cümə günü saat 09:20-də 0,70 dollar (1,33%) yüksələrək 53,29 dollar / barelə təşkil etmişdir.

Cümə axşamı günü Londonun “ICE Futures” birjasında “Brent”in avqust fyuçersi  1,04 dollar (1,72%) artaraq bir barelə 61,67 dollar təşkil etmişdir.

“Brent” markalı neftin avqust ayına olan fyuçers qiymətləri cümə günü saat 09:20-də 0,87 dollar (1,41%) bahalaşaraq bir barelə 62,54 dollar təşkil etmişdir.