İyunun 10-da keçiriləcək depozit hərracında AMB 150 milyon manat cəlb etməyi planlaşdırır

12:32 - 7.06.2019


7 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün növbəti depozit hərracı keçirəcək.

AMB-in məlumatına görə, depozit hərracı iyunun 10-da keçiriləcək.

“Hərrac vasitəsilə 6,51% - 8,49% dərəcə ilə 150 milyon manat məbləğində vəsaitin cəlb edilməsi planlaşdırır. Vəsaitlər 14 gün müddətinə cəlb ediləcək”, - AMB-in məlumatında belə deyilir.

İyunun 3-də keçirilmiş daha əvvəlki hərracda AMB faiz dəhlizi 6,76% - 8,74 təşkil edən 100 milyon manat həcmində vəsait cəlb etmişdir.

Hərraclar 13 iyun 2016-cı il tarixindən etibarən keçirilir.

 

Bütün xəbərlər