Şahin Mustafayev Dünya Bankının yeni regional direktoru ilə görüşüb

12:33 - 7.06.2019


7 iyun, Fineko/abc.az. İqtisadiyyat naziri Şahin Mustafayev Dünya Bankının Cənubi Qafqaz üzrə səlahiyyət müddəti başa çatmış regional direktoru xanım Mersi Tembon və Bankın Cənubi Qafqaz üzrə yeni regional direktoru Sebastian Molineusla görüşüb.

Şahin Mustafayev bildirib ki, Azərbaycan Dünya Bankı ilə əməkdaşlığa böyük önəm verir, Bankın ölkəmizə göstərdiyi texniki yardım və maliyyə dəstəyi yüksək qiymətləndirilir. Layihələrdə qabaqcıl beynəlxalq təcrübənin tətbiqi, müasir texnologiya və yeniliklərin ölkəmizə gətirilməsi əhəmiyyətlidir. Ümumilikdə, Dünya Bankı tərəfindən Azərbaycana 54 layihə üzrə kredit ayrılıb. Bunlardan 48 layihə başa çatdılıb, daha 6 layihə üzrə işlər isə davam etdirilir.

Həmçinin nazir diqqətə çatdırıb ki, Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb və 10 ən islahatçı ölkə sırasına daxil edilib.

Görüşdə Dünya Bankı ilə gələcək əməkdaşlıq imkanları üzrə fikir mübadiləsi aparılıb.

 

Bütün xəbərlər