Bakı Dəmiryol Xəstəxanası açıq tender elan edir

14:12 - 7.06.2019


7 iyun, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC Həkim -Sanitar Xidmətinin Bakı Dəmiryol Xəstəxanası 2019-cu ildə tibbi avadanlıqların satın alınması məqsədilə açıq tender elan edir. Tender 1 lot üzrə keçirilir.

Elanda qeyd edilir ki, iştirakçılar öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etməlidirlər.

İddiaçılar tenderdə iştirak  sənədləri 12 iyul 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 22 iyul 2019-cu il saat 16.00-a qədər Bakı, Puşkin küçəsi 26 nömrəli ünvanda “Azərbaycan Dəmir Yolları” QSC Həkim - Sanitar Xidmətinin Bakı Dəmiryol Xəstəxanasına təqdim etməlidirlər.

 

Bütün xəbərlər