330x110
 

Cavid Qurbanov Avstriya dəmir yollarının nümayəndələri ilə görüş keçirib

07.06.2019,14:15


7 iyun, Fineko/abc.az. Almaniyanın Münxen şəhərində keçirilən “Nəqliyyat və logistika” sərgisində iştirak edən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun Avstriyanın “ÖBB-Holding AG” şirkətinin baş icraçı direktoru Andreas Matta və “ÖBB Rail Cargo Group” un idarə heyətinin üzvü Tomas Karql ilə görüşü olub.

Görüşdə Avropa-Asiya istiqamətində yükdaşımalar sistemində Azərbaycanın artan rolu və gələcək əməkdaşlığın perspektivləri diqqət mərkəzində olub.

Avropa nəqliyyat sistemində aparıcı rol oynayan Avstriya dəmir yollarının nümayəndələri Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsindən sonra Avropa ilə Asiya arasında yükdaşımalar sistemində yeni arxitekturanın formalaşması, Azərbaycanın artan rolunu diqqət mərkəzinə çəkərək, daşımaların təhlükəsizliyinin, sürətinin və rəqabətqabiliyyətliliyinin yüksəldilməsini qeyd ediblər.