Türk Hava Yolları uçuşlarının sırasına Strasburqu da əlavə etdi

14:27 - 7.06.2019


7 iyun, Fineko/abc.az. Türk Hava Yolları 31 may tarixindən etibarən yenidən Strasburq istiqamətində birbaşa uçuşlar başlayıb. Uçuşlar həftədə 4 dəfə olmaqla, İstanbul hava limanından Strasburq Entsaym hava limanına reallaşdırılır.

Strasburq Türk Hava Yollarının Fransadaki yeddinci təyinat nöqtəsidir və bu il ərzində Birləşmiş Ərəb Əmirliklərinin Şarja və Mərakeşin Marrakeş şəhərlərindən sonra bayraq daşıyıcısının uçuş şəbəkəsinə əlavə edilmiş üçüncü beynəlxalq istiqamətdir. Türk Hava Yollarının Cənubi Avropa regionunda satış üzrə vitse-prezidenti Ömər Faruk Sönməz Strasburqda təşkil edilmiş açılış mərasimində iştirak edib.

Uçuş siyahısı ilə tanış olmaq üçün http://www.turkishairlines.com saytına daxil ola bilərsiniz.

 

Bütün xəbərlər