Dövlət Baytarlıq Xidməti açıq tender elan edir

16:05 - 7.06.2019


7 iyun, Fineko/abc.az. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti 2019-cu ildə Dövlət Baytarlıq Xidmətinin strukturuna daxil olan təşkilatlar üçün yumşaq inventarların satın alınması məqsədilə üçün açıq tender elan edir. Tender 1 (bir) lot üzrə keçirilir.

Tender proseduru 9 iyul 2019-cu il saat 16.00-da iddiaçıların və onların səlahiyyətli nümayəndələrin iştirakı ilə  Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətində keçiriləcəkdir (Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi 7A).

Yumşaq inventarların satınalınması büdcə vəsaiti hesabına maliyyələşdirilir. Tələb olunan mallar tenderin qalibi olmuş iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulan vaxtda Kənd Təsərrüfatı Nazirliyinin Təchizat bazasına təhvil verilməlidir.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

Telefon.: (+99412) 563-40-87

 

Bütün xəbərlər