“Azərsu” ASC-nin sədri Quba şəhərində vətəndaşları qəbul edəcək

16:18 - 7.06.2019


7 iyun, Fineko/abc.az. “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov 14 iyun 2019-cu il tarixində Quba şəhərində Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edəcək.

Məlumat verilir ki, 17 iyun 2019-cu il tarixində isə “Azərsu” ASC sədrinin birinci müavini Teyyub  Cabbarov Xaçmaz şəhərində sakinlərlə görüşəcək. 18 iyun 2019-cu il  tarixində Şabran şəhərində “Azərsu” ASC sədrinin müavini Etibar Məmmədov Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bütün xəbərlər