330x110
 

Neftin qiymətləri hələ də yüksəlir

10.06.2019,10:04


10 iyun, Fineko/abc.az. Azərbaycanın dünya bazarında satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 2,11 dollar və yaxud 3,34% artıb və bir barelinin qiyməti 65,31 dollar təşkil edib.

Cümə günü Londonun “ICE Futures” birjasında “Brent”in avqust fyuçersi  1,62 dollar (2,63%) artaraq bir barelə 63,29 dollar təşkil etmişdir.

“Brent” markalı neftin avqust ayına olan fyuçers qiymətləri bazar ertəsi günü saat 09:15-də 0,42 dollar (0,66%) bahalaşaraq bir barelə 63,71 dollar təşkil etmişdir.

Nyu-York Əmtəə Birjasında (NYMEX) iyunun 7-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin iyul fyuçersi 1,40 dollar (2,66%) artaraq bir barelə $53,99 təşkil etmişdir. 

 “WTI” markalı neftin iyul fyuçersi bazar ertəsi günü saat 09:15-də 0,37 dollar (0,69%) yüksələrək 54,36 dollar / barelə təşkil etmişdir.