“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu açıq tender élan edir

11:39 - 10.06.2019


10 iyun, Fineko/abc.az. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-Kommunal və Təmir Xidməti aşağıdakı işlərin görülməsinin satın alınması üçün açıq tender élan edir.

Tender 4 lot üzrə keçirilir:

Lot-1.  Böyük Qala küçəsi 1-dən – Böyük Qala küçəsi 42-yə qədər, M.Sabir və Hərb küçələrində yol örtüyünün və yeraltı kommunikasiya  xətlərinin təmiri işlərinin satın alınması.

Lot-2.  Kiçik Qala küçəsi 2-dən – Kiçik Qala küçəsi 126-ya qədər yol örtüyünün və yeraltı kommunikasiya  xətlərinin təmiri işlərinin satın alınması.

Lot-3. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ərazisində mənzil fondunun əsaslı təmiri işlərinin satın alınması.

Lot-4. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Qala Dövlət Tarix Etnoqrafiya Qoruğu ərazilərində küçələrin işıqlandırılması işləri üçün elektrik mal-materiallarının satın alınması.

Göstərilən iş, müqavilə imzalandığı gündən 2019-cu il dekabrın 31-dək görülüb qurtarmalıdır.

Elanda qeyd olunur ki, iddiaçılar tenderdə iştirak üçün sənədləri 3 iyul 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 11 iyul 2019-cu il saat 17.00-a qədər “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-Kommunal və Təmir Xidmətinin Bakı şəhəri, İçərişəhər, 9-cu Maqomayev döngəsi 6 nömrəli ünvanına təqdim etməlidirlər.

Əaqələndirici şəxs- Mahir Əhmədov, Tel.: (994 12) 492-24-27

Bütün xəbərlər