330x110
 

Bu il 67 mln. manat məbləğində sığorta ödənişləri həyata keçirilib

10.06.2019,11:41


10 iyun, Fineko/abc.az. Cari ilin yanvar-aprel aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 265,3 mln. manat məbləğində sığorta haqları toplanıb, 66,7 mln. manat məbləğində sığorta ödənişləri həyata keçirilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına əsasən, könüllü sığorta bazarı üzrə haqlar 176,2 mln. manat, ödənişlər isə 43,4 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 89,1 mln. manat, ödənişlər isə 23,3 mln. manat olub.

2019-cu ilin yanvar-aprel aylarında sektor üzrə məcmu sığorta haqlarının 66%-i könüllü, 34%-i  isə  icbari  sığorta  növlərinin  payına düşüb. Sığorta ödənişlərinin  65%-i könüllü, 35%-i icbari sığorta növləri hesabına formalaşıb.