Depozit hərracında AMB 150 milyon manat cəlb etdi

12:12 - 10.06.2019


10 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti depozit hərracı keçirib.

AMB-dan verilən məlumata əsasən, 10 iyun tarixində hərracda Bank 150 milyon manat cəlb edib.

“Depozit hərracında təklif  817,7 milyon manat, orta ölçülmüş faiz dərəcəsi isə 6,51% təşkil etmişdir. Vəsaitlər 14 gün müddətinə cəlb edilib”, - AMB-dan  təqdim edilən məlumatda belə deyilir.

İyunun 3-də keçirilmiş depozit hərracında orta ölçülmüş faiz dərəcəsi 6,76% təşkil etmişdir.

Depozit hərraclarını AMB 2016-cı ilin iyun ayından etibarən keçirir.

 

Bütün xəbərlər