22 səhmdar cəmiyyəti hərraca çıxardılacaq

12:41 - 10.06.2019


10 iyun, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac iyul ayının 9-da baş tutacaq. Bu dəfəki hərraca 22 səhmdar cəmiyyəti, 46 kiçik dövlət müəssisə və obyektləri, 9 qeyri-yaşayış sahəsi çıxarılacaq.

Qeyd olunur ki, hərrac qiyməti 600 manat və 550 min manat aralığında olan əmlaklar Bakı, Sumqayıt, Balakən, Şəki və digər bölgələrdə yerləşir.

Prosesə çıxarılan müəssisələr arasında Xızıda yerləşən Yardımçı təsərrüfat, Mingəçevir şəhərində yerləşən 36 mənzilli yaşayış binasının yarımçıq tikilisi, Yevlax sənaye müəssisəsi, Şəmkir yun tədarükü məntəqəsi də var.

Bundan başqa “Qax Taxıl“, “Masazır Quşçuluq”, “Salyan Aqrotexservis”, “Yevlax tikinti servis” və digər bu kimi səhmdar cəmiyyətlər də hərraca çıxarılacaq.

Bütün xəbərlər