“Azİntelecom” MMC açıq tender elan edir

14:10 - 10.06.2019


10 iyun, Fineko/abc.az. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azİntelecom” MMC açıq tender elan edir. Tender 1 lot üzrə keçirilir - “Data Mərkəzi üçün ekspert xidmətlərinin” satın alınması.

Elanda qeyd olunur ki, iddiaçılar tenderdə iştirak üçün  sənədləri 4 iyul 2019-cu il saat 17.00-a kimi, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 12 iyul 2019-cu il saat 17.00-a kimi, Bakı şəhəri, Əlibəy Hüseynzadə küçəsi 74 nömrəli ünvana təqdim etməlidirlər.

Əlaqələndirici şəxslər - Kamil Bektaşidən və Vüqar Yəhyazadədən

Tel.: (+994 12) 200 00 74/72

Bütün xəbərlər