Azəriqaz bu il 43 mindən çox yeni abonent qeydiyyata alıb

14:57 - 10.06.2019


10 iyun, Fineko/abc.az. “Azəriqaz” İstehsalat Birliyindən veriləm məlumata görə, cari ilin yanvar-may aylarında əhali sektoru üzrə 43 min 153 yeni abonent qeydiyyata alınıb ki, bunun da 21 min 240-ı Bakı, Abşeron və Sumqayıt, 21 min 913-ü isə regionlar üzrədir.

Qeyd olunur ki, aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 226 min 675-ə çatıb.

 

Bütün xəbərlər