330x110
 

Gənclər və İdman Nazirliyi açıq tender elan edir

10.06.2019,15:58


10 iyun, Fineko/abc.az. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi sosial müdafiəyə ehtiyacı olan uşaq və gənclər üçün yay istirahət düşərgəsinin təşkilinin satın alınması məqsədilə açıq tender elan edir.

Elandaq qeyd olunur ki, iddiaçılar tender prosedurunda iştirak üçün sənədlərini 3 iyul 2019-cu il saat 18.00-a qədər tender komissiyasına təqdim etməlidirlər. Tender təkliflərini və təklifin 1 faizi məbləğdə bank təminatını isə 11 iyul 2019-cu il saat 18.00-a qədər ikiqat bağlı zərflərdə iki nüsxədə tender komissiyasına təqdim etməlidirlər.

Əlaqələndirici şəxs- Qurbanzadə Fərid Vidadi oğlu, tel.:4652155