Bakıda Ümumdünya Gömrük Təşkilatının "Məlumat modeli" adlı regional seminarı keçirilir

16:14 - 10.06.2019


10 iyun, Fineko/abc.az. İyunun 10-da Bakıda Ümumdünya Gömrük Təşkilatının (ÜGT) "Məlumat modeli" adlı regional seminarı keçirilir.

Seminarda 17 ölkədən ekspert və nümayəndələr iştirak edir.

Seminarda müxtəlif ölkələrin öz təcrübələrini bölüşəcəyini deyən komitə sədrinin müavini İqbal Babayev vurğulayıb ki, Şərqi Avropa və Asiya ölkələri bu sistemin yaradılmasında olduqca maraqlıdırlar.

Seminarda ÜGT Məlumat modelinin qəbul edilməsinin strateji faydaları, gömrüklə bağlı qlobal gündəlik və məlumatların uyğunlaşdırılması, standartlaşmanın zəruriliyi barədə məlumatlandırma, smart sərhədlərin təmin edilməsi və digər mövzularda müzakirələr aparılacaq.

Komitədən verilən məlumata görə seminar iyunun 11-dək davam edəcək.

 

Bütün xəbərlər