Səyyar ASAN xidmət davam edir

16:31 - 10.06.2019


10 iyun, Fineko/abc.az. Səyyar ASAN xidmət 27 may  - 25 iyun Şirvan, Xırdalan, Füzulidə,  29 may – 27 iyun Xudat, Yardımlı, Göyçay, Astarada, 7 iyun – 6 iyul Goranboy və Qaxda, 13 – 27 iyun Daşkəsəndə vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Məlumatda qeyd edilir ki, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və "Azəriqaz" İB tərəfindən təqdim olunur.

 

Bütün xəbərlər