330x110
 

Azərsu Masazır qəsəbəsində yeni içməli su şəbəkəsi yaradır

10.06.2019,16:51


10 iyun, Fineko/abc.az. “Azərsu” ASC Tədbirlər Planına uyğun olaraq Abşeron rayonunun Masazır qəsəbəsində yeni layihəsinin icrasına başlayıb.

Məlumat verilir ki, Masazır qəsəbəsinin Sarı Aşıq küçəsində və  ətraf ərazilərdə  mərkəzləşdirilmiş içməli su şəbəkəsi yaradılır.

Layihə çərçivəsində Masazır qəsəbəsi Sarı Aşıq küçəsi və ətraf ərazilərdə müxtəlif diametrli borularla 18 km uzunluğunda su şəbəkəsi inşa edilir.

Ümumilikdə bu ərazilərdə görülən işlərdən 5 minədək sakin faydalanacaq.