Azərbaycan neftinin qiyməti azalıb

11.06.2019,10:23


11 iyun, Fineko/abc.az. Azərbaycanın dünya bazarında satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,07 dollar və yaxud 0,11% azalıb və bir barelinin qiyməti 65,24 dollar təşkil edib.

Bazar ertəsi günü Londonun “ICE Futures” birjasında “Brent”in avqust fyuçersi  1,00 dollar (1,58%) azalaraq bir barelə 62,29 dollar təşkil etmişdir.

“Brent” markalı neftin avqust ayına olan fyuçers qiymətləri çərşənbə axşamı günü saat 09:15-də 0,18 dollar (0,29%) bahalaşaraq bir barelə 62,47 dollar təşkil etmişdir.

Nyu-York Əmtəə Birjasında (NYMEX) iyunun 10-da keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin iyul fyuçersi 0,73 dollar (1,35%) azalaraq bir barelə $53,26 təşkil etmişdir. 

 “WTI” markalı neftin iyul fyuçersi çərşənbə axşamı günü saat 09:15-də 0,34 dollar (0,64%) yüksələrək 53,60 dollar / barelə təşkil etmişdir.