330x110
 

Azərbaycanda may ayında gündəlik neft hasilatı 776 min barel təşkil edib

11.06.2019,11:14


11 uyun, Fineko/abc.az. Respublikada  may ayı üzrə gündəlik neft hasilatı 776 min barrel olub. Bunun   699 min barrelini xam neft, 77 min barrelini kondensat təşkil edib.

Energetika Nazirliyindən verilən məlumata əsasən, cari ilin  yanvar-may aylarında orta gündəlik neft hasilatı 771,2  min barrel təşkil edib.

“Gündəlik 494 min barrel xam neft, 75 min barrel kondensat, 14 min barrel isə neft məhsulları ixrac edilib”, - deyə məlumatda bildirilir.

OPEC + razılaşmasına əsasən, Azərbaycan 2019-cu ildən gündə 20 min barel neft hasilatını gündə 776 min barrelə azaltmağı öhdəsinə götürüb.

"Azərbaycan OPEC + sazişləri çərçivəsində öz öhdəliklərini tam yerinə yetirir", - məlumatda belə deyilir.

Ümumilikdə, 2018-ci ildə gündəlik neft hasilatı 792,6 min barel, 2017-ci ildə isə 781,9 min barel təşkil edib.

2016-cı ilin dekabrın 10-da  OPEC/NOPEC  ölkələrinin nazirlərinin iclası keçirilmişdir.  Görüşün nəticəsində  ölkələr ümumi hasilatın azaldılması barədə sazişə imza atıb. OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. NOPEC ölkələri neft hasilatını gündə 558.000 barelə azaldırlar. Eyni zamanda, Azərbaycan gündəlik neft hasilatını 35 min barel həcmində  azaldmağı öhdəsinə götürüb. Razılaşma 2017-ci ilin birinci yarısına imzalanıb və onun şərtlərinin uzadılmasını nəzərdə tutub.

OPEC / NOPEC ölkələri 2017-ci il mayın 25-də Vyanada 172 nazirlər konfransında qeyd edilən razılaşmanın  9 ay müddətinə (2018-ci ilin mart ayının sonuna qədər) uzadılması barədə razılığa gəliblər. Ölkələr, 30 noyabr 2017-ci il tarixində Vyana şəhərində keçirilmiş 173-cü nazirlər görüşündə 2018-ci ilin sonuna qədər razılaşmanı uzatmaq barədə razılığa gəlmişdir.

2018-ci ilin dekabrın 7-də Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunub. Yeni qərara əsasən 2019-cu ilin yanvar ayından etibarən Azərbaycan gündəlik hasilatın təxminən 20 min barrel azaldılması ilə bağlı öhdəlik götürüb.