Azərbaycan Milli Elmlər Akademiyası açıq tender elan edir

11:39 - 11.06.2019


11 iyun, Fineko/abc.az. Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi malların satın alınması məqsədilə açıq tender elan edir.

Tender 1 lot üzrə keçiriləcəkdir - Digər maşın və avadanlıq maddəsi üzrə malların satın alınması.

Elanda qeyd edilir ki, iddiaçılar tender təklifini və təklifin bank təminatını imzalanıb möhürlənmiş, ikiqat bağlı zərfdə 12 iyul 2019-cu il saat 17.00–dək Bakı şəhəri, İstiqlaliyyət küçəsi 30 nömrəli ünvanda AMEA Rəyasət Heyətinin inzibati binasında tender komissiyasına təqdim etməlidirlər.

Əlaqələndirici şəxs N.Abbasova, tel.: 012-492-59-76

 

Bütün xəbərlər