15:42 - 1.12.2017
“Microsoft” korporasiyası dekabrın 5-dən 8-dək Bakıda keçiriləcək 23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransında (“Bakutel 2017”) bir sıra innovativ texnologiyalar nümayiş etdirəcəkdir.
Korporasiyanın bu tədbirdə iştirakının əsas məqsədi - müxtəlif sahələrdə “Microsoft”un bazasında hazırlanmış innovativ texnologiyaları geniş insan kütləsinə təqdim etməkdir. Lakin bu il “Microsoft”un stendində xarici innovasiyyaların və onların imkanlarının nümayişi ilə yanaşı Azərbaycanın yerli startapları da təqdim olunacaqdır.
“Bizim Azərbaycandakı missiyamız – yüksək nailiyyətlər əldə etmək üçün hər bir insanın və təşkilatın imkanlarını genişləndirməkdir. “Microsoft”un “Bakutel 2017” sərgisində əsas hədəfi - geniş kütləni qlobal texnoloji innovasiyalar barədə məlumatdırmaq və Azərbaycan şirkətlərinə ölkə iqtisadiyyatının gələcək inkişafına təkan verəcək layihələri nümayiş etdirmək imkanı yaratmaqdır. Məsələn, biz yeni musiqi layihəsi ilə əməkdaşlıqdan fəxr edirik – bu, əcnəbi və Azərbaycan musiqisinə leqal olaraq qulaq asmaq imkanı yaradan, müəllif hüquqlarına aid bütün normalara cavab verən və musiqi həvəskarları tərəfindən səbirsizliklə gözlənilən bir həlldir”, - deyə “Microsoft Azərbaycan” şirkətinin baş direktoru Sərxan Həşimov bildirib.
“Microsoft”un stendi 4 zonaya bölünəcək:
Dördüncü zona “Made for Azerbaijan” adını daşıyır. Burada korporasiya Azərbaycanın innovasiya inkişafına yönələn “DigiGirlz” və “Imagine Cup” kimi layihələri nümayiş etdirəcək.
Qeyd edək ki, “Bakutel 2017” sərgisi İKT sektorunun dünyada son tendensiyalarını, həmçinin sözügedən sahənin Azərbaycanda inkişaf perspektivlərini müzakirə etməyə imkan yaradır.
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
22 Aprel 2024
22 Aprel 2024
22 Aprel 2024
22 Aprel 2024
23 Aprel 2024