Bu il TRACECA ilə yükdaşımalarda Azərbaycanın gəlirləri 156 mln. manat təşkil edib

15:30 - 11.06.2019


11 iyun, Fineko/abc.az. Bakıda keçirilən “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” mövzusunda konfransda TRACECA Hökumətlərarası Komissiyasının milli katibi Akif Mustafayev çıxışı zamanı qeyd edib ki, bugünədək TRACECA tərəfindən 76 layihə həyata keçirilib. Bu ilin birinci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə TRACECA koridoru üzrə yükdaşımalara dair Azərbaycanın gəlirləri 4,3 faiz artaraq 156,4 milyon manat təşkil edib.

Bütün xəbərlər