Anar Həsənov: Yaxın zamanlarda biznes kreditləri daha da çoxalacaq

16:11 - 11.06.2019


11 iyun, Fineko/abc.az. Son 2 ildə Azərbaycanda ixrac həcmi dəyişib.

Bunu Accessbank ASC-nin təşkil etdiyi biznes forumda adıçəkilən bankın idarə heyətinin sədri Anar Həsənov bildirib.

Bank sektorundakı vəziyyətə toxunan bank rəsmisi kredit portfelinə görə hazırda təmsil etdiyi bankın 5-ci pillədə qərarlaşdığını vurğuladı.

A.Həsənovun sözlərinə görə, son bir ilin dinamikası onu göstərir ki, dollarda olan depozitlər çevrilib, manatda saxlanılır: "Nəticələr onu göstərir ki, bankımızın depozit portfeli o qədər çoxalıb ki, biz ola bilsinki yaxın gələcəkdə heç xarici kreditdən istifadə etməyək. Biz hesab edirik ki, yaxın zamanlarda biznes kreditləri daha da çoxalacaq və proses buna doğru gedir".

 

Bütün xəbərlər