Maliyyə Nazirliyi 20 milyon manat həcmində DOİ yerləşdirib

17:23 - 11.06.2019


11 iyun, Fineko/abc.az. Azərbaycan Maliyyə Nazirliyi Bakı Fond Birjası (BFB) vasitəsilə dövlət ortamüddətli istiqrazların (DOİ) satışını həyata keçirib.

BFB-in məlumatına əsasən, iyunun 11-də AZ0105010752 İSİN-li, 20 mln. manat həcmində, 728 gün tədavül müddətli DOİ yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 75,228,500.00 AZN təşkil etmişdir.

11 investor tərəfindən qiymət intervalı 95.5931 AZN (10.5%) və 101.8365 AZN (7%) olan, ümumi məbləği 96 083,3  min manat təşkil edən 26 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 101.2810 AZN (7.3%), orta ölçülmüş qiyməti 101.5328 AZN (7.1637%) müəyyən edilmişdir. 

Nəticədə 20 milyon manat həcmində DOİ yerləşdirilmişdir.

DOİ-in ödəmə tarixi: 8 iyun 2021-ci il.

 

Bütün xəbərlər