Dövlət Kukla Teatrı açıq tender elan edir

17:32 - 11.06.2019


11 iyun, Fineko/abc.az. Azərbaycan Dövlət Kukla Teatrı üçün sistemləşdirilmiş peşəkar işıq, səs, video və səhnə avadanlığının satın alınması üçün açıq tender elan edir. Tender 1 lot üzrə keçirilir.

Elanda qeyd olunur ki, iddiaçılar tenderdə iştirak üçün sənədləri 11 iyul 2019-cu il saat 17.00-dək, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərflərdə 19 iyul 2019-cu il saat 17.00-dək təqdim etməlidirlər.

Ünvan: Bakı şəhəri, Neftçilər ¬prospekti 36. Azərbaycan Dövlət Kukla Teatrı. Tel.: (+99412) 492 44 58

 

Bütün xəbərlər