Accessbank rəhbəri: Bugün müştərilər özləri bank seçirlər

17:40 - 11.06.2019


11 iyun, Fineko/abc.az. “Əvvəllər müştəriləri banklara cəlb etməyə çox vaxt itirirdik, hazırda isə müştərilər özləri bank seçirlər” - bunu Acsessbankın təşkil etdiyi biznes forumda bankın idarə heyətinin sədri Anar Həsənov bildirib.

Onun sözlərinə görə, bu təkcə bank sektorunun nailiyyəti deyil, öncəliklə vergi və gömrük sahəsindəki dəyişikliklərin, ümumiyyətlə islahatların nəticəsidir.

Bank rəsmisi həmçinin son zamanlar depozitlərin artım səbəbinə də aydınlıq gətirdi: "Bu həm ümumi iqtisadi islahatların, həm də ikinci dərəcədə depozit fondunun bir il daha sığortalanmasının nəticəsidir. Müştərilər bankı seçərək banka baxırlar, ancaq arxa planda da nəzərə alırlar ki, banka nəsə olsa dövlət depozitimi sığortalayıb və mənim puluma zəmanət verir. Məncə bu il üçün depozitlərin sığortalanmasının artərılması qərarı yerində verilmiş qərar idi"

 

Bütün xəbərlər