Azərbaycanın türkdilli dövlətlərlə ticarət dövriyyəsi 2,1 milyard dollar təşkil etdi

16:15 - 1.12.2017


1 dekabr, Fineko/abc.az. Noyabrın 30-da İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin iqtisadiyyat nazirlərinin VII görüşü keçirilib.

İqtisadiyyat naziri Şahin Mustafayevin bildirdiyi kimi, Azərbaycanın türkdilli dövlətlərlə  cari ilin doqquz ayı müddətində ticarət dövriyyəsi 2,1 milyard dollar, müsbət saldo isə 100 milyon dollar təşkil etdi.

Nazir bildirib: “2017-ci ilin yanvar-sentyabr aylarında ölkəmizin Türk Şurasına üzv dövlətlərlə ticarət dövriyyəsi 2,1 mlrd. dollar, o cümlədən idxal 1 mlrd. dollar, ixrac 1,1 mlrd. dollar təşkil edib”.

Nazirin sözlərinə görə, Türk Şurasının üzv dövlətlərinin Azərbaycanın xarici ticarət dövriyyəsindəki payı 15%,  o cümlədən idxalda göstərici 16%, ixracda isə 13% təşkil edir.

Şahin Mustafayev vurğulayıb ki, təşkilata üzv dövlətlər qarşılıqlı investisiya yatırımı üçün böyük potensiala malikdir.

Ölkələrin mövcud tranzit potensialından, sənaye parkları və məhəllələri, ölkəmizin Aktaudakı logistik mərkəzi, habelə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarından daha geniş istifadə etməyi təklif edib.

 

Bütün xəbərlər