Fond ləğv prosesində olan bank barədə məlumat yaydı

12.06.2019,11:20


12 iyun, Fineko/abc.az. Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Royalbank" ASC-lə bağlı məlumat yayıb.

Belə ki, fond bank kreditorlarının diqqətinə çatdırır ki, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi 18 iyun 2019-cu il tarixindən etibarən başlanacaq.

Fonddan bildirilib ki, tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək.

Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babər prospekti, 16 ünvanında yerləşən binasına müvafiq sənədlərlə müraciət edərək bank rekvizitlərini qeyd etsinlər.

Əlavə məlumat almaq üçün əlaqə nömrələri: Bakı ş. (012) 596 65 91/92/93, Qaynar xətt: 941