Dövlət Baytarlıq Xidməti açıq tender elan edir

12.06.2019,11:53


12 iyun, Fineko/abc.az. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti 2019-cu ildə Dövlət Xidmətinin strukturuna daxil olan təşkilatlar üçün digər maşın və avadanlıqların alınması məqsədilə açıq tender elan edir.

Tender 1 lot üzrə keçirilir - Dövlət Xidmətinin strukturuna daxil olan təşkilatlar üçün digər maşın və avadanlıqların satın alınması.

Elanda qeyd olunur ki, iştirakçılar sənədləri 17 iyul 2019-cu il saat 17.00-a kimi tender komissiyasına təqdim etməlidirlər:

Əlaqələndirici şəxs: Mustafa Allahverənov, tel.: (+99412) 563-40-87