Accessbank-ın kreditlərinin 97 %-i manatladır

12.06.2019,12:27


12 iyun, Fineko/abc.az. “Bizim hazırda verdiyimiz kreditlərin 97 faizi manatladır” - bunu Accssesbank-ın idarə heyətinin sədri Anar Həsənov bankın təşkil etdiyi biznes forumda bildirib.

Dollarla kreditləri yalnız dollar gəliri olan şirkətlərə verdiklərini deyən A.Həsənov qeyd etdi ki, sabahları hər hansı bir dəyişikliyin sözügedən şirkətlərin gəlirliyinə təsir etmədiklərini bildikləri üçün belə qərar veriblər.

İdarə heyətinin sədri təmsil etdiyi bankın yaxın gələcəkdə istiqraz buraxma ehtimalına da toxundu: “Likvidliliyə baxacağıq. Öncəliklə biz öz missiyamızı iş adamlarına verilən kreditlərdə sahibkarlığın dəstəyində tuturuq. İstiqrazların buraxılması məsələsi qeyd etdiyim kimi likvidlikdən asılı olacaq. Yaxın gələcəkdə bizim bankın belə bir planı yoxdur. Amma qarşıdakı illərdə əgər likvidlilik bizim istəyimiz səviyyəsində olarsa onda istiqrazların buraxma məsələsinə baxa bilinər”.