330x110
 

Energetika naziri Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib

12.06.2019,14:26


12 iyun, Fineko/abc.az. Energetika naziri Pərviz Şahbazov Almaniya Bundestaqının vitse-prezidenti Tomas Oppermanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşub.

Görüşdə enerji sektorunda alman şirkətlərinin iştirakı ilə həyata keçirilən layihələrdən, eləcə də Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi”nin icra vəziyyəti, enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi layihəsi kimi rolundan danışılıb.

Söhbət zamanı parlamentlərarası əməkdaşlığın ikitərəfli əlaqələrin inkişafında mühüm əhəmiyyət daşıdığı bildirilib, Azərbaycan və Almaniya arasında digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.