Gözdən əlilliyi olan şəxslər üçün yaşayış binasının tikintisinə bu il başlanılacaq

15:03 - 12.06.2019


12 iyun, Fineko/abc.az. Prezident İlham Əliyevin 2019-cu il 11 iyun tarixli Sərəncamına əsasən Bakı şəhərində gözdən əlilliyi olan şəxslər üçün inşa ediləcək çoxmənzilli binanın layihə-smeta sənədlərinin hazırlanması məqsədilə 300 min manat vəsait Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrıldı.

Nazirlikdən verilən məlumata görə,  bu il müvafiq layihə-smeta sənədlərinin hazırlanması işləri aparılmaqla, paytaxtda gözdən əlilliyi olan şəxslər üçün daha bir çoxmənzilli yaşayış binasının tikintisinə başlanılacaq.

Binada gözdən əlilliyi olan şəxslərin rahatlığı üçün xüsusi layihə əsasında məişət şəraiti yaradılacaq.

Qeyd edilir ki, binanın tikintisinin gələn il ərzində yekunlaşdırılaraq istifadəyə verilməsi planlaşdırılır.

Bütün xəbərlər