Rusiya Bankı dollarda olan aktivlərinin bir hissəsini satıb

12.06.2019,16:45


12 iyun, Fineko/abc.az. Rusiya Bankı Rusiyanın ehtiyatlarında qızıl artırma siyasətini daha da artıracaq.

Bunu Rusiyanın Maliyyə naziri Anton Sulianov deyib. O, hökumətin Rusiyanın ehtiyatlarında qızıl artırma siyasətinə keçidini zəngin pul vahidinin dəyişkən olması ilə əlaqələndirib.

Qeyd edək ki, rəsmi Moskva 2014-cü ildən etibarən Rusiya bankı tərəfindən qızıl ehtiyatlarını artırmağa başlayıb.

Sözügedən bank ötən il 274 ton qızıl alaraq, ehtiyatları 2112 tona çatdırıb. Bu ilin əvvəlindən isə ehtiyatlarda qızılın dəyəri 3 milyard dollara çatıb və hazırda 90 milyard dollara (valyuta ehtiyatlarının 18 faizindən çox) çatır. Bununla yanaşı, Beynəlxalq Valyuta Fondunun Çin milli valyutasını zəngin valyutalar səbətinə təqdim etməsindən bir qədər sonra Mərkəzi Bank böyük miqdarda yuan alıb. Eyni zamanda ABŞ sanksiyalarını sərtləşdirdikdən sonra, Rusiya Bankı öz dollarda olan aktivlərinin əhəmiyyətli bir hissəsini sataraq, onların payını 2 dəfədən çox azaldıb. Aktivlərini qismən avro ilə əvəzləşdirib.