Yohannes Han: Azərbaycan Avropa İttifaqının mühüm ticarət tərəfdaşıdır

12:10 - 13.06.2019


13 iyun, Fineko/abc.az. İyunun 13-də Bakıda Avropa İttifaqı-Azərbaycan Biznes forumu keçirilir.

Biznes forumunda Avropa qonşuluq siyasəti və Genişlənmə danışıqları üzrə Avropa İttifaqının komissarı Yohannes Han qeyd edib ki, Avropa İttifaqı Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə dəstək verməyə davam edir və Azərbaycan Avropa İttifaqının mühüm ticarət tərəfdaşıdır.

"Hesab edirəm ki, Azərbaycan qeyri-neft sektorunu inkişaf etdirərək doğru yol seçib. Biz bu səyləri dəstəkləyəcəyik", - deyə o bildirib.

Yohannes Han həmçinin qeyd edib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında aviasiya sazişinin imzalanması ilə bağlı danışıqlar davam edir və Azərbaycanla sazişin bu il imzalanacağına ümidvardır.

 

Bütün xəbərlər