Mikayıl Cabbarov: Bu il qeydə alınan yeni əmək müqavilələri artıb

12:30 - 13.06.2019


13 iyun, Fineko/abc.az. Bugün Bakıda keçirilən Azərbaycan-Avropa İttifaqı Biznes forumunda Vergilər naziri Mikayıl Cabbarov bu ilin son beş ayında Azərbaycanda 66 min yeni əmək müqaviləsi qeydə alındığını bildirib.

Nazir qeyd edib ki, ilin əvvəlindən bağlanmış 96 min əmək müqaviləsinin 66 mini özəl qeyri-neft sektorunun payına düşüb. Müqavilələrin sayının artacağı gözlənilir.

 

Bütün xəbərlər