Çin və Rusiya şirkətlərinin ticarət münasibətlərində hələ də dollar üstünlük təşkil edir

12:41 - 13.06.2019


13 iyun, Fineko/abc.az. Rusiya və Çin dolların inhisarından mütləq şəkildə qurtarılmaq üçün bir sıra layihələrə başlamaq qərarına gəlib.

Bunu Çinin baş naziri Xi Jinping Rusiyaya səfəri zamanı bildirib.

O, qeyd edib ki, razılığa əsasən aralarındakı ticarəti bundan sonra daha çox milli valyutalarda etməyə çalışacaqlar: “Ölkələrimizin bankları birbaşa müxbir hesablardan istifadə edəcək, bu prosesə maksimum dəstək verəcək. Ancaq Rusiya hazırda Çin valyutası olan yuandan o qədər də çox istifadə etmir. Buna görə də Rusiyada dollar inhisarı təhlükə içində deyil. Sadəcə bizi narahat edən bir məqam var. Bütün səylərə baxmayaraq, hələ də Çin və Rusiya şirkətləri arasındakı ticarət münasibətlərində ABŞ valyutası üstünlük təşkil edir. Müxtəlif hesablamalara əsasən, ABŞ valyutasından istifadə iki ölkənin ticarət dövriyyəsində 75-80%-ə çatır. Yaxın gələcəkdə bu problemi aradan qaldırmaq üçün maksimum addımlar atılacaq”.

 

 

Bütün xəbərlər