Dekabrın 2-də gözlənilən hava haqqında məlumat

17:12 - 1.12.2017


1 dekabr, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda sabaha olan hava proqnozunu təqdim edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatına görə, Bakıda və Abşeronda dekabrın 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə çiskin olacağı, axşam arabir  yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Abşeron yarımadasında gecə 4-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah hava yağmursuz olacaq, lakin şimal və şərq rayonlarında arabir yağış yağacağı ehtimal olunur. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Gecə 2-7, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

 

Bütün xəbərlər