Şahin Mustafayev: Ölkənin strateji valyuta ehtiyatları 7,3% artıb

13.06.2019,15:11


13 iyun, Fineko/abc.az.  Bakıda Avropa İttifaqı-Azərbaycan Biznes forumu keçirilir.  Forumda çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki, ötən il ölkə iqtisadiyyatına 8,2 milyard dolları xarici investisiya olmaqla 15,3 milyard dollar sərmayə yatırıldığını qeyd edib.

Nazir bildirib ki, ümumilikdə isə müstəqillik illərində investisiyaların həcmi 263 milyard dollar olub ki, bunun da 50 %-dən çoxu xarici sərmayələrdir. Ölkənin strateji valyuta ehtiyatları 7,3 % artıb.

“Cari ilin yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 8,9 milyard dollar olmaqla, ÜDM-in 19 %-ni təşkil edib. Ötən il tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 6,1 milyard dollar, ÜDM-ə nisbəti isə 12,9 % olub”, - deyə nazir qeyd edib.