İnam Kərimov: Azərbaycandan Aİ ölkələrinə 47,8 mln. dollar məhsul ixrac edilib

13.06.2019,17:09


13 iyun, Fineko/abc.az. İyunun 13-də Bakıda V Azərbaycan-Avropa İttifaqı biznes forumu keçirilib.

Forum çərçivəsində panel iclasda Kənd Təsərrüfatı naziri İnam Kərimov qeyd edib ki, keçən il Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında kənd təsərrüfatı sahəsində ticarət dövriyyəsi 237 milyon dollar təşkil edib.

Nazir bildirib ki, Azərbaycandan Aİ ölkələrinə 47,8 milyon dollarlıq məhsul ixrac edilib, 189 milyon dollarlıq kənd təsərrüfatı məhsulu isə ölkəyə idxal olunub. Mövcud potensialı nəzərə alaraq bu rəqəmləri artırmalıyıq.