Bu il Azərbaycana gələn turistlərin sayında artım olub

13.06.2019,17:23


13 iyun, Fineko/abc.az. İyunun 13-də Bakıda V Azərbaycan-Avropa İttifaqı biznes forumu keçirilib.

Biznes forumu çərçivəsində "Turizm" adlı panel iclasda Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid cari ilin son 5 ayında Azərbaycana gələn turistlərin sayında ötən ilin müvafiq dövrünə nisbətən 3,8 % artım olduğunu qeyd edib.

O bildirib ki, ötən il ölkəyə 2,8 milyon turist gəlib. Çin, Koreya Respublikası və Yaponiyadan gələn turistlərin sayında 8-9 % artım olub. Həmçinin, Yaxın Şərq ölkələrindən, Qətər, Bəhreyn, Birləşmiş Ərəb Əmirliklərindən gələn turistlərin sayı da artıb.