Fransanın “Alstom” şirkəti Azərbaycana 40 lokomotiv tədarük edəcək

10:08 - 14.06.2019


14 iyun, Fineko/abc.az. İyunun 13-də Bakıda Azərbaycan-Avropa İttifaqı Biznes forum keçirilmişdir.

Forum çərçivəsində keçirilən panel iclasda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, yaxın 2 ildə Fransanın “Alstom” şirkəti Azərbaycana 40 lokomotiv tədarük edəcək.

O qeyd edib ki, bu, Azərbaycan dəmir yolunun potensialını gücləndirəcək.

Bütün xəbərlər