10:36 - 14.06.2019
14 iyun, Fineko/abc.az. Gənclər və İdman Nazirliyi tədbirlərin keçirilməsinin satın alınması üçün açıq tender elan edir.
Tender 4 lot üzrə keçirilir: İşğal günləri ilə əlaqədar hərbi təcavüz, etnik təmizləmə və işğalla bağlı faktların gənclər və gənclər təşkilatları tərəfindən dünya içtimaiyyətinə çatdırılması üçün sosial media vasitəsi ilə aksiyaların həyata keçirilməsi; Xarici ölkələrin gəncləri arasında “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda keçirilmiş esse yazı müsabiqəsinin qaliblərinin Azərbaycana səfərinin təşkil edilməsi; Koreya Respublikasının gənclərdən ibarət nümayəndə heyətinin Azərbaycana səfərinin təşkil edilməsi; Mərakəş Krallığının gənclərdən ibarət nümayəndə heyətinin Azərbaycana səfərinin təşkil edilməsi.
Elanda qeyd olunur ki, iddiaçılar tender prosedurunda iştirak üçün sənədlərini 5 iyul 2019-cu il saat 18.00-a qədər tender komissiyasına təqdim etməlidirlər. İddiaçılar tender təkliflərini və təklifin 1 faizi məbləğdə bank təminatını 15 iyul 2019-cu il saat 18.00-a qədər ikiqat bağlı zərflərdə iki nüsxədə tender komissiyasına təqdim etməlidirlər.
Əlaqələndirici şəxs-Babayev Fuad. Tel.: (99412) 465 84 19.
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024