İyunun 18-də keçiriləcək depozit hərracında AMB 100 milyon manat cəlb etməyi planlaşdırır

11:22 - 14.06.2019


14 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün növbəti depozit hərracı keçirəcək.

AMB-in məlumatına görə, iyunun 18-də keçiriləcək depozit hərracında  bank 100 milyon manat məbləğində vəsaitin cəlb edilməsi planlaşdırır.

“Vəsaitlər 13 gün müddətinə cəlb ediləcək. Cəlb edilən vəsaitlər üzrə faiz dəhlizi  6,51% - 8,49% təşkil edir”, - AMB-in məlumatında belə deyilir.

Hərraclar 13 iyun 2016-cı il tarixindən etibarən keçirilir.

 

Bütün xəbərlər